BaşlıcaSiyasət

Peskov Dövlət Dumasının deputatının Azərbaycana nüvə zərbəsi endirilməsi ilə bağlı bəyanatını şərh edib

Kreml Dağlıq Qarabağla bağlı emosional ifadələrdən çəkinməyə çağırır, Rusiya vəziyyəti həll etmək üçün səy göstərir.

 “RİA Novosti”yə istinadən verilən  xəbərə görə, bu haqda  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya telekanallarından birinin sədr müavini Mixail Delyaqinin Azərbaycanın neft sənayesinə nüvə zərbəsi endirməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Həmin bəyanat heç bir şəkildə, Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir. Bu, daha çox canlı şəkildə ifadə olunan şəxsi emosiyalar səviyyəsində olan bəyanatdır.

Təbii ki, biz o emosiyaları cilovlamağa, xüsusilə də tərəfdaşlarımıza qarşı bu cür bəyanatlardan çəkinməyə çağırırıq: Xüsusən Rusiyanın Qarabağda sülhün qorunması və bütün tərəflərin müvafiq öhdəliklərini yerinə yetirməsi üçün böyük səylər göstərdiyi bir vaxtda.

Azərbaycan bizim tərəfdaş ölkələrimizdən biridir”- eyərək Peskov jurnalistlərə bildirib.

Daha çox göstər
Back to top button