
Azərbaycanın Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin barəsində beynəlxalq axtarış elan etməsinə Rusiya qanunverici orqanından müvafiq cavab veriləcək.
Bu barədə “RİA Novosti”yə beynəlxalq əlaqələr komissiyasının rəhbərinin birinci müavini Aleksey Çepa məlumat verib.
“Bu, sinirli, səhv prosessdir. Biz belə bir bəyanata cavab verəcəyik, tərəfdaşlarımızı əmin etmək üçün indi konkret addımlar atmağa çalışacağıq” –deyərək o qeyd edib.
Mixail Delyagin “Rossiya 24” telekanalının “60 dəqiqə” verilişində Rusiya sülhməramlılarını tabe olmadıqları üçün Azərbaycanın neft mədənlərinə zərbələr endirməyə çağırıb.
Belə bir açıqlamaya cavab olaraq Azərbaycanın baş prokuroru ona qarşı cinayət işi qaldırıb. Mixail Delyagin təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.







