Qafqaz Biomüxtəlifliyi qoruğundakı Vəhşi təbiət və Mədəni mühafizə Fondunun (FPWC) kameraları Qafqaz bəbirinin mövcudluğunu qeydə alıb

Kameralara görə, erkək yetkin bəbir tapılıb və yeni fərd olduğu təsdiqlənib. Həmin gün ərzində, cəmi iki saat fərqlə, təxminən üç kilometr məsafədə kameralar Qafqaz Biomüxtəliflik qoruğunda erkək Neo bəbirini qeydə alıb.
Üçüncü fərd, Nova digər bəbirlərdən altı kilometr aralıda, yenə də Qafqaz Bioloji Müxtəliflik qoruğunda yerləşir.
Üç müxtəlif bəbirin Qafqaz Biomüxtəliflik qoruğunun eyni ərazisindən demək olar ki, eyni vaxtda istifadə etməsi misilsizdir.
“Dünyada bəbirlərin sayı bir sıra insan faktorları, xüsusən də sərhədyanı gərginliklər, regionumuzda yeni sərhədlər və maneələr səbəbindən xeyli azalıbdır.
Bu növ nəsli kəsilmək ərəfəsindədir. 2011-ci ildən etibarən ərazidə Vəhşi təbiəti və Mədəniyyət sərvətlərin mühafizəsi Fondu fəaliyyət göstərir.
Bu, bizim kameralarımızla lentə alınan sayca 6-cı bəbirdir”- deyərək Vəhşi təbiəti və Mədəniyyət sərvətlərin mühafizəsi Fondunun direktoru Ruben Xaçatryan bildirib.
O,əlavə etdi ki, bu, Qafqaz Biomüxtəliflik qoruğunun səmərəli mühafizə tədbiri olduğuna sübutdur.
FPWC bəbirləri izləmək və onların kameraları üçün mümkün olan ən yaxşı yeri tapmaq üçün müasir biliyə malik olan mühafizəçilər sayəsində yeni bəbir müəyyən edə bilib.
Bu kontekstdə bəbirlərin potensial populyasiyasını, eləcə də yeni sərhədlər, təhlükəsiz hərəkətə maneələr yarandıqda bəbirin üzləşə biləcəyi bütün təhlükələri anlamaq üçün araşdırma aparmaq çox vacibdir.
FPWC bəbirə ad vermək üçün müsabiqə elan edib.
Vəhşi Təbiət və Mədənyyət varlıqların qorunması Fondu (FPWC) 2002-ci ildən fəaliyyət göstərir. Fond Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) üzvüdür.
Fondun əsas fəaliyyəti ən son texnologiyalardan və müasir modellərdən istifadə etməklə Ermənistanın unikal fauna və florasının qorunmasıdır.








