
Mən Ermənistan Respublikasının Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirəm. Bunu ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Ermənistan sülh danışıqlarının dərhal başlamasına hazırdır. Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Azərbaycan prezidentinin və mənim görüşü planlaşdırılır.
Və ümid edirəm ki, həmin görüş zamanı biz Azərbaycan prezidenti ilə müzakirə edəcəyik, sülh danışıqlarının başlanması ilə bağlı bütün məsələləri razılaşdıracağıq” – deyə baş nazir bildirib.
Paşinyanın fikrincə, regional eskalasiyanı təhrik etmək üçün Azərbaycan ən çox Ermənistan-Azərbaycan sülh sazişinin mövzusundan sui-istifadə edib. Azərbaycan israr etməyə davam edir ki, Ermənistan Respublikası məsələni cavabsız qoyur.
“Bu məlumat heç də reallığa uyğun gəlmir, çünki mən Ermənistan Respublikasının Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə açıq şəkildə bildirmişəm. Lakin, Azərbaycan bu günə qədər iddia etməkdə davam edir ki, Ermənistana 5 bəndlik təklif göndərib, lakin biz guya o təklifi cavabsız qoymuşuq” – deyə Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, martın 10-da Ermənistan Respublikasına 5 bəndlik təklif verilib, Ermənistan bu təklifə martın 14-də, yəni dörd gün sonra yazılı cavab verib. ER xarici işlər naziri açıq şəkildə bildirib ki, “Azərbaycanın təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur, ancaq, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyindəki bütün məsələləri əhatə etmir”.
“Bu cavab o deməkdir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi Ermənistan üçün məqbuldur”







