
Martın 31-də AB-NATO üzv dövlətlərinin Ermənistan Respublikasında akkreditə olunmuş hərbi attaşeləri ER Müdafiə nazirliyinin N saylı aviabazasında olublar.
Aviasiya bazasının komandiri, aviasiya polkovniki Samvel Tavadyan xarici qonaqları hərbi hissənin gündəlik fəaliyyəti ilə tanış edib, onların suallarını cavablandırıb.
Daha sonra hərbi attaşelər hərbi hissənin ərazisini gəzib, aviasiya silah-sursat və hərbi texnika ilə tanış olublar.
SU-30SM təyyarələri qonaqların böyük marağına səbəb olub. Qəbula görə minnətdarlığını bildirən hərbi attaşelər səfər nəticəsində 4 SU-30SM təyyarəsinin hamısının yerində olduğuna bir daha əmin olduqlarını, Azərbaycan və Türkiyə mətbuatında yayılan məlumatlara görə,güya onlar Ukraynada aparılan əməliyyatda iştirak edir həqiqətə qətiyyən uyğun gəlmədiyinə bir daha əmin oldular.










