BaşlıcaSiyasət

 Paşinyan:   “Azərbaycan DQ-a və Ermənistana genişmiqyaslı hücumu leqitimləşdirmə formalaşdırmağa cəhd edir”

ER Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası Təhlükəsizlik Şurasının 2022-ci il martın 28-də  olan bəyanatı ilə bağlı bir sıra açıqlamalar verib və burada Azərbaycanın Dağlıq Qarabağ istiqamətində  yeni təxribatlar və hücumlar törətmək niyyətində olduğu vurğulanıb.

“Əminəm ki, siz Ermənistan Respublikası Təhlükəsizlik Şurasının 2022-ci il martın 28-də olan bəyanatı ilə tanışsınız. Geniş müzakirələr nəticəsində qəbul edilmiş bəyanatda Azərbaycanın DQ istiqamətində yeni təxribatlar və hücumlar törətmək niyyətində olduğu vurğulanıb.

 Qeyd etmişdik  ki, Ermənistan-Azərbaycan sərhədində də belə hadisələrin baş vermə ehtimalı yüksəkdir:

 Bu bəyanat, təbii ki, əlavə suallar doğurdu və mən bir sıra dəqiqləşdirmələr və əsaslandırmalar irəli sürmək istəyirəm ki, regiondakı vəziyyət həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət üçün daha aydın olsun” –  deyərək bu haqda  hökumətin martın 31-də keçirilən iclasında Paşinyan o zaman qeyd edib.

Baş nazirin sözlərinə görə, Azərbaycan həm 2020-ci ildə 44 günlük müharibədən əvvəl,  gedişatda , həm də ondan sonra Ermənistan və Dağlıq Qarabağa hərbi hücuma haqq qazandıran diskurs və məzmun formalaşması siyasəti aparır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan əvvəlcə diplomatik və ictimai platformada tezislər, təkliflər və ya şərhlər atır, sonra Ermənistanı həmin tezislərə, təkliflərə və ya şərhlərə cavab verməməkdə və ya destruktiv reaksiya verməkdə və ya onları rədd etməkdə ittiham edir, daha sonrasa bəzi aranjımanlar toxuyur  və vədlər verir.

“Bu çıxışın kontekstində o, Ermənistanı  dezkonstruktiv , inkar, vədləri yerinə yetirməmək, razılaşmalara əməl etməmək ilə əlaqələndirir.

Bu ittiham üzərində aqressiv ritorika qurur, ardınca isə yuxarıda qeyd olunan söz və qətnamələrlə əsaslandırılan təcavüzkar hərəkətlərə əl atır.

“Dəfələrlə təkrarlanan bu praktika indi də davam edir və açıq-aydın görünür ki, Azərbaycan Dağlıq Qarabağa və Ermənistan Respublikasına genişmiqyaslı hücumu qanuniləşdirməyə çalışır və bu gün mənim məqsədim bu bəyanatın əsassız,  qeyri-legitimdir  olduğunu göstərməkdir”- deyərək Paşinyan bildirib.

Daha çox göstər
Back to top button