BaşlıcaSiyasət

Paşinyan Brüsseldə sülh danışıqlarının başlaması ilə bağlı Əliyevlə razılaşacağını gözləyir

Ermənistan demarkasiya və delimitasiya, regional kommunikasiyaların açılması, Dağlıq Qarabağda hərbi eskalasiyanın istisna edilməsi baxımından konkret və məntiqli həllər təklif edir.

Bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan martın 31-də hökumətin iclasında bəyan edib və vurğulayıb ki, Ermənistanı razılaşmaları rədd etməkdə və ya yerinə yetirməməkdə ittiham etmək üçün heç bir əsas yoxdur.

“Mən təkrarən Ermənistan Respublikasının Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirəm. Ermənistan dərhal sülh danışıqlarına başlamağa hazırdır.

AB Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan prezidenti və mənim aprelin 6-da  Brüsseldə görüşümüz nəzərdə tutulub.

Və ümid edirəm ki, həmin görüş zamanı sülh danışıqlarının başlanması ilə bağlı bütün məsələlər Azərbaycan prezidenti ilə müzakirə olunacaq və razılaşdırılacaq” –  deyərək ER Baş naziri bəyan edib.

Daha çox göstər
Back to top button