BaşlıcaSiyasət

İbrahim Kalın  və Viktoriya Nuland Suriya, Azərbaycan, Ermənistan və İsrailə dair məsələləri müzakirə edib

Türkiyə Prezidentinin söçüsü İbrahim Kalın ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla Ankarada görüşüb. Bu barədə Prezident Administrasiyası məlumat yayıb.

“Görüş zamanı Suriya, Azərbaycan, Ermənistan və İsrailə dair regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. Enerji təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq, ikitərəfli siyasi və iqtisadi əlaqələr dəyərləndirilib” – deyə məlumatda qeyd olunub.

Kalın bildirib ki, Türkiyə atəşkəs və humanitar dəhlizlərin açılmasının diplomatik təşəbbüslərini qətiyyətlə davam etdirəcək.

Hər iki tərəf Türkiyə ilə ABŞ arasında elan edilən strateji mexanizmin həyata keçirilməsindən də məmnunluq ifadə edərək, bunun ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini bildiriblər.

Daha çox göstər
Back to top button