Gürcüstan və Ermənistanda məhbus azalıb, Azərbaycanda isə artıb

Avropa Şurası aprelin 5-də özünün həbsxanalara dair illik statistik hesabatını dərc edib. Bu hesabatda Azərbaycan da daxil 49 ölkəyə dair məlumatlar əksini tapıb.
Hesabatda qeyd olunur ki, 2021-ci il yanvarın 31-ə olan məlumata görə bütün Avropa boyunca məhbus sayı 1 milyon 414 min 172-dir.
Hesabatda deyilir ki, məhbus sayına görə birinci yeri Rusiya tutur. Bu ölkədə 480 minə yaxın məhbus var.
Türkiyə üçün bu rəqəm 272 min, Britaniya üçün 87 min, Almaniya üçün 60 min nəfərdir.
Azərbaycanda hesabatda dövründə 21 min 813 məhbus olub. Bu, 2020-ci ildəki 21 min 12 məhbusdan çoxdur.
Hesabatda qeyd olunur ki, bir sıra ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı azalıb.
Gürcüstanda məhbus sayı 12 faiz, Ermənistanda 11.5 faiz azalıb. Həmin müddət ərzində Azərbaycanda məhbus sayı 3.3 faiz artıb.







