BaşlıcaMədəniyyət
Kiprdə ermənilərin mədəni irsinin qorunması üçün dövlət strukturu yaradılıb

Martın 31-də Kipr parlamenti Təhsil Nazirliyinin tərkibində Mədəniyyət Komissiyasının yaradılması haqqında qərarı yekdilliklə təsdiqləyib. Bu barədə Kipr Nümayəndələr Palatasındakı erməni icmasının nümayəndəsi Vardges Mahtesyan öz Facebook səhifəsində yazıb.
“Yeni komissiyanın yaradılması üç etnik və dini azlığın: ermənilərin, maronitlərin və latınların mədəni irsinin qorunması üçündür.
Kiprdəki erməni icması adından bu qərarı qeyd-şərtsiz dəstəklədikləri üçün bütün parlament üzvlərinə səmimi minnətdarlığımı bildirirəm”,- deyə o yazdı.







