
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanla Aİ əlaqələrinin inkişafı və Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələri davam etdirmək üçün Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul etdi.
Aİ Şurasının sədri Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə, gərginliyin aradan qaldırılması üçün yaxından işləməyə, Cənubi Qafqazda bütün region xalqlarının rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan həyatın təmin edilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Tərəflər 2021-ci ilin dekabrında Brüsseldə keçirilən son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla görüşdan sonra baş verənləri müzakirə etdilər.
Şarl Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğuladı. O qeyd etdi ki, bütün humanitar məsələlər, o cümlədən hərbi əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin problemi hərtərəfli şəkildə həll olunmalıdır. Avropa İttifaqı bu təşəbbüsü dəstəkləməyə hazırdır.







