
Artsaxda 44 günlük müharibədən sonra 46.000-ə yaxın vətəndaş köçkün düşdü, onlardan 25.628-i Artsaxa qayıtdı. Onlar üçün mənzillə təminat, məşğulluq məsələsinin həlli məsələləri gündəmdə qalır. “Armenpress” Artsaxın Sosial İnkişaf və Miqrasiya Naziri Armine Petrosyan ilə müharibədən sonrakı dövrdə Artsax Sosial İşlər Nazirliyinin həyata keçirdiyi proqramlar, Artsaxda sosial işçi institutunun tətbiqi və digər məsələlər barədə danışıb.
“Müharibədən dərhal sonra nazirlik məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş bir sıra yardım proqramlarına başlamışdır. Öz resurslarımız və Ermənistan Respublikası hökuməti ilə birgə həyata keçirdiyimiz proqramlar sayəsində deyə bilərik ki, biz o zaman Artsaxda sosial böhranı aradan qaldırmağa, əhalimiz üçün ən yaxşı yaşayış şəraitini yaratmağa nail olmuşuq. Bunlar əsasən qısamüddətli sosial yardım proqramları idi və indi biz onları əhalinin məşğulluğunu təmin edəcək, ehtiyacların təkbaşına həllinə əsas olacaq proqramlarla əvəz etməyi qarşıya məqsəd qoymuşuq”- deyə nazie bildirib.
“Biz köçkünlər və digər sosial qruplar üçün peşə hazırlığının təşkilini, işsiz köçkünlərin kənd icmalarında kiçik bizneslə məşğul olmaları üçün sosial yardım proqramlarını, habelə nazirlik tərəfindən yaradılmış “Sosial İnkişaf Proqramları Fondu”nun vəsaiti hesabına özəl xeyriyyəçilərin və xeyriyyə təşkilatlarının məqsədli ianələri, özünüməşğulluq və məşğulluq proqramlarının həyata keçirilməsi nəzərdə tuturuq”- deyə Artsaxın Sosial İnkişaf və Miqrasiya Naziri qeyd edib.







