BaşlıcaSiyasət

Yerevan Cənubi Qafqazda Çin ilə ticarət dövriyyəsi baxımından aparıcı yer tutur: səfir

2021-ci ildə Ermənsitan  və Çin arasında ticarət dövriyyəsi artaraq 1.4 mlrd dollara çatıb. Üstəlik, bu göstərici ilə Yerevan Cənubi Qafqaz ölkələri arasında aparıcı yer tutur. Bunu “SputnikAriemnia” ilə söhbət zamanı Çinin Ermənsitandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yun bəyan edib.

“Pandemiyadan asılı olmayaraq, 2020-ci ildə Ermənistan və Çin arasında ticarət dövriyyəsi 1 mlrd dollara çatıb, 2021-ci ildə isə bu göstərici artıb”- deyə Yun qeyd edib.

Onun sözlərincə, son illərdə iki ölkə ticarət dövriyyəsi sahəsində ciddi uğurlara nail olub. Rəsmi statistika ikitərəfli münasibətlərin inkişafı baxımından ciddi potensial olduğunu göstərir.

Səfir qeyd edib ki, Çin erməni tərəfdaşları ilə erməni məhsullarının Çina ixracı genişləndirmək istiqamətində işləyir.

İkitərəfli əməkdaşlığa gəlincə, səfir əmindir ki, Pekin və Yerevanın onu müxtəlif sahələrdə genişləndirmək üçün yaxşı potensialı var. O, Yerevanda yeni səfirlik binasının açılışını xatırladıb.

“Bu, təkcə ölkələrimiz arasında mövcud olan ənənəvi dostluğun ifadəsi deyil, həm də yaxşı perspektivləri proqnozlaşdıran faktdır”- deyə çinli diplomat bildirib.

Daha çox göstər
Back to top button