BaşlıcaSiyasət

Parux hadisələrindən sonra mövqe dəyişikliyi qeydə alınmayıb: Artsaxın İnformasiya Qərargahı

Artsaxın İnformasiya Qərargahı müxtəlif sorğulara cavab olaraq bildirib ki, Sardaraşen kəndinin başçısı Hayk Hakobyanın media orqanlarından birinə müsahibəsi yanlış şərhlərə səbəb olub.

“Azərbaycan qoşunları Karağluxun o hissəsində qalıblar, harda ki, martın 24-25-də Müdafiə Ordusu bölmələrinin hərəkətləri nəticəsində onların irəliləyişi dayandırıldı, həmin hissə isə Sardaraşen də daxil olmaqla bir neçə kəndə bitişikdir.

Eyni zamanda, Azərbaycan tərəfi mütəmadi olaraq müxtəlif istiqamətlərdə guya yeni basqınlar barədə dezinformasiyalar yayır, sonuncusu Martakertin bəzi kəndləri barədə idi.

Reallıq isə odur ki, bu cür iddialar tamamilə yalandır, Parux və Karagluxda yuxarıda qeyd olunan hadisələrdən sonra bütün təmas xətti boyunca mövqe dəyişikliyi qeydə alınmayıb”, – Artsaxın İnformasiya Qərargahı məlumat yayıb.

Daha çox göstər
Back to top button