
İran parlamentinin üzvü, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Məşhəddə İmam Rzanın məqbərəsində törədilən son terror aktına toxunaraq, bildirib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistan terroristlərin İran sərhədi ətrafında mövcudluğunu gücləndirməyə çalışır.
“Diplomatik aparatımız qonşu dövlətlərlə, o cümlədən terror qruplaşmalarının yaradıldığı Əfqanıstan, Pakistan, Türkiyə və Azərbaycanla daimi təmasda olmalıdır. Onlar fəal diplomatiya ilə bu qrupların təhlükəli hərəkətlərinin nəticələri barədə xəbərdarlıq etməli və bu ölkələrin hökumətlərinə bu nəticələrdən əziyyət çəkəcəklərini xatırlatmalıdırlar” – deyə deputat İran mediasına bildirib.
Mələki qeyd edib ki, bu ölkələrin hökumətləri şübhəsiz ki, bu qruplaşmalardan xəbərdardırlar və əgər xəbərdar deyillərsə, diplomatik və aydın xəbərdarlıqlar bu qrupların fəaliyyətinin qarşısını almaq və sərhəd bölgələrinə daha yaxşı nəzarət etmək üçün güclü siqnal ola bilər.







