
Ermənistan Artsaxdan əlini üzməyib, di gəl ki, elə adamlar var ki, dili dolaşmadan belə olduğunu deyir.
Bu haqda ER Baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib.
O, deyib ki, böhrandan sonrakı ildə hökumət nəinki xərcləri azaltmayıb, həm də əlavə xərcləri maliyyələşdirmək imkanı əldə edib.
“Həmin əlavə xərclərin bir hissəsi müharibə nəticəsində yaralanan Artsaxın sosial-iqtisadi problemlərinin həllinə yönəldilib. Və bu fonda, 2020-ci ilin noyabrından 2021-ci ilin sonuna kimi ER hökuməti 136 milyard dram dəyərində proqram həyata keçirib.
Artsaxda, 2022-ci ilin büdcəsində isə 144 milyard dramın maliyyələşdirilməsi nəzərdə tutulursa, Ermənistanın Artsaxın əl-qolunu yuduğunu deyənlərin dili ortadadır.Ermənistan indiki qədər Artsaxa heç vaxt bu qədər dəstək verməyib” – deyərək Paşinyan qeyd edib. (1 dollar 475 dram təşkil edir)







