BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycan  cəhd edir ki, Ermənistanın blokadası aradan qalxmasın, əksinə daha da dərinləşsin”

Azərbaycan regional kommunikasiyaların açılması gündəmini elə həyata keçirməyə çalışır ki, nəticədə Ermənistanın blokadası aradan qalxmasın, əksinə, daha da dərinləşsin.

 Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan məlumatlandırıb..

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın yolların açılmasında marağını dalana dirəmək istəyir, bunu dəhliz söhbətinə çevirməyə çalışır.

“Amma dəfələrlə qeyd etdiyim kimi, bu yanaşma bizim üçün qətiyyən qəbuledilməzdir. Diqqətəlayiqdir ki, Azərbaycan regional kommunikasiyaların açılması gündəmini elə həyata keçirməyə çalışır ki, nəticədə Ermənistan blokadadan çıxmasın, əksinə, Ermənistana qarşı aqressiv siyasətə daha da dərinləşir və ya yeni bəraət qazandırır” – deyərək Paşinyan bildirib.

Onun sözlərinə görə, buna görə də Ermənistan bu məsələdə maksimum çeviklik nümayiş etdirməli, eyni zamanda öz prinsipial mövqelərini və ərazi bütövlüyünü açıq şəkildə müdafiə etməlidir.

Daha çox göstər
Back to top button