
Azərbaycanla sülh sazişinin imzalanması (mümkün qədər tez) Ermənistan hakimiyyətinin planlarının tərkib hissəsidir. Bu haqda ER Baş naziri Nikol Paşinyan aprelin 6-da Brüsseldə Xarici işlər nazirləri səviyyəsində Azərbaycanla sülh sazişinin hazırlanmasına başlamaq barədə əldə olunan razılaşmadan danışarkən qeyd edib.
“Amma deməliyəm ki, burada da bizim illüziyalarımız yoxdur, çünki biz istisna etmirik ki, Azərbaycan sülh prosesini mümkün qədər tez bir zamanda dalana dirəməyə çalışacaq, bunu Ermənistana və Artsaxa qarşı yeni təcavüzkar hərəkətlər üçün şərait yaradacaq”- deyərək Paşinyan bildirib.
ER Baş naziri bəyan edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Ermənistanın da eyni şübhələri var.
“Biz istisna etmirik ki, Azərbaycan bu prosesdən Ermənistana qarşı ərazi iddiaları formalaşdırmaq üçün istifadə edəcək və de-yure ərazi iddiası olmadığını bəyan edəcəkdir” – deyərək Paşinyan bildirib.
Buna baxmayaraq, Paşinyanın fikrincə, bütün riskləri və çağırışları başa düşən və dəyərləndirən Ermənistan hökuməti belə bir nəticəyə gəlib ki, eyni nöqtədə dayanmaq və heç bir irəliləyişə nail olmamaq riskləri nəinki azaldır, həm də daha da gücləndirir. Məhz buna görə də Brüsseldə delimitasiya məsələsi, Ermənistan-Azərbaycan ikitərəfli komissiyasının yaradılması və aprelin sonuna kimi işə başlamaq barədə razılıq əldə olunub.
Paşinyanın sözlərinə görə, ER bu prosesdə görməli olduğu vacib işlər bunlardır:
Azərbaycanın sərhəddə rəsmi mövqeyinə aydınlıq gətirmək,
Ermənistan Respublikasının həmin məsələ ilə bağlı mövqeyini rəsmən qeydə almaq, vəzifələrdə maksimum dərəcədə legitim olmaq, yəni sərhəd məsələsində yalnız de-yure əhəmiyyət kəsb edən faktlardan və arqumentlərdən istifadə etməkdir.
Paşinyan bildirib ki, ikitərəfli komissiya ikili mandata malik olacaq. O, demarkasiya işləri ilə yanaşı, sərhəd boyu sabitlik və təhlükəsizliklə də məşğul olacaq.
Bu o deməkdir ki, komissiyanın sərhəd monitorinqi ilə bağlı müəyyən səlahiyyətləri, eləcə də sərhədlərdə sabitlik və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün konkret təkliflə çıxış etmək üçün konkret funksiyalar olacaq” – deyə o əlavə edib ki, zərurət yaranarsa, prosesə beynəlxalq ekspert potensialının cəlb edilməsi mümkün olacaq.
Baş nazir qeyd edib ki, ən geci aprelin 30-dək komissiyanın tərkibi dəqiqləşdiriləcək, bu müddətdə aidiyyəti rəsmilər Azərbaycanla işləyəcək və təşkilati məsələlərdə ümumi razılığa gələcəklər.







