BaşlıcaEkonomika

2021-ci ildə RF-ER aqrar-sənaye sahəsində ticarət dövriyyəsi 773 milyon dollara çatıb

Rusiya ilə Ermənistan arasında aqrar-sənaye sahəsində ticarət dövriyyəsi 15% artıb. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

İki ölkə arasında bu sahədə əməkdaşlığın əhəmiyyətli potensiala malik olduğu vurğulanır.

“Həm ikitərəfli münasibətlərin, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində görülən birgə işlərin nəticələrindən biri də aqrar-sənaye məhsulları və ərzaq mallarının ticarət dövriyyəsinin artmasıdır. Keçən il bu, 15% artaraq, demək olar ki, 773 milyon dollara çatıb” – deyə məlumatda deyilir.

Məlumata görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi ərzaq məhsulları və kənd təsərrüfatı xammalının qarşılıqlı tədarükü həcminin artırılmasında maraqlıdır.

Daha çox göstər
Back to top button