
RF Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etmək üçün Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcəkdir.
Verilən məlumatına görə, bu barədə Zaxarova bildirib: “İqor Xovayev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etmək məsələləri üzrə yeni vəzifəsində Rusiya Federasiyası Xarici işlər nazirinin xüsusi nümayəndəsi vəzifəsində işini davam etdirəcəkdir”.
Onun sözlərinə görə, Xovayev əsas diqqəti sülh sazişinin hazırlanmasına yönəldəcək. O, Yerevanda və Bakıda Xovayevin səylərini dəstəkləyəcəyinə ümid etdiyini bildirib və əlavə edib ki, onlar maraqlı oyunçularla qarşılıqlı işgüzarlığa açıqdırlar.







