
Ermənistan Rusiya təbii qazının tədarük haqqını rublla ödəməyə başlayıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
O qeyd etdi ki, milli valyutalara keçməliyik. Rusiya tərəfində bu istiqamətdə irəliləyiş var.
Vahan Kerobyanın sözlərinə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə lub.
“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumatı təsdiqləyib.
Martın 23-də Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan bəyan edib ki, qazın pulunu rublla ödəmək üçün Ermənistan Rusiya ilə danışıqlar aparır.







