
Aprelin 18-də ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.
Həmsöhbətlər hərtərəfli sülh sazişi üzrə Ermənistan və Azərbaycan arasında danışıqlara başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.
Sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması haqqında razılaşmaların icrasını vurğulanıb.
Ararat Mirzoyan Endryu Şoferə Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib. Tərəflər 44 günlük müharibə səbəbindən irəli gələn humanitar məsələləri, xüsusilə erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal azad edilməsi, vətənə qaytarılması, Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanması məsələlərini ətraflı müzakirə ediblər.







