BaşlıcaSiyasət

Baş nazir heyətindən aydınlıq gətirildi: “Sotk-Xoznavar sektoru Azərbaycanın işğalı nəticəsində pozulub”

Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” reallaşarsa, Ermənistanın ərazi bütövlüyü problemi yaranacaq, bu barədə Baş nazirliyin “Azatutyun”a ünvanladığı cavabda bildirilib. Bu haqda “Azatutyun” radio stansiyası məlumatlandırıb.

Aprelin 13-də parlamentdə hökumətin 2021-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxış edən Paşinyan bəyan edib:

 “Mən özümü inandıra bilmədim həm də ona görə ki, Robert Koçaryan Ermənistanın da ərazi bütövlüyü problemi olduğunu elan edərkən heç də şişirtmədiyini başa düşdüm”.

“Azatutyun” hökumət başçısının nəyi nəzərdə tutduğuna aydınlıq gətirmək üçün Baş nazirliyə sorğu göndərmişdi.

:Baş nazir demək istəyirdi ki, 1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Respublikası həmçinin ərazi itkiləri verib.

 Bundan başqa, Ermənistan Respublikasının süvener ərazi bütövlüyü  Azərbaycan bölmələrinin 2021-ci ildə Sotk-Xoznavar hissəsinin işğalı nəticəsində pozulub. Ermənistan Respublikasının ərazi bütövlüyü pozulub”- deyərək Baş nazir aparatının cavabında bildirilib.

“Azatutyun”un Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” reallaşacağı təqdirdə Ermənistanın ərazi bütövlüyü problemi yaşayacaqmı sualına isə cavab qısadır – “bəli”.

Biz ondan aydınlıq gətirməsini xahiş etdik, Ermənistanın ərazi bütövlüyündən danışarkən, Baş nazir Sovet illərində Azərbaycanın tərkibindəki erməni anklavı məsələsinimi nəzərdə tutur?

“Bəli, Artsvaşen anklavını nəzərə alsaq, Tavuş vilayətindən on kilometrlərlə erməni ərazisinin, minlərlə hektar əkin sahəsinin Azərbaycanın nəzarətində olması faktı mövcuddur” – deyərək cavabda bildirilib.

Daha çox göstər
Back to top button