ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib. Hava limanında ER Baş nazirini Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya XİN-in Dövlət Protokolunun rəhbəri İqor Boqdaşyev qarşılayıblar.
Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Aprelin 20-də ER Baş naziri Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və RF-nın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.
Baş nazirin Nijni Novqoroda da səfəri planlaşdırılır.








