BaşlıcaSiyasət

Paşinyanın Moskvaya səfəri zamanı sənədlər paketi imzalanacaq: Peskov

Rusiya Federasiyasının Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketi imzalanacaq.

O xatırladıb ki, bu gün Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.

“Bu gün prezident üçün əsas hadisə baş nazir Paşinyanın rəsmi səfəridir”- deyə Peskov bildirib.

Onun sözlərinə görə, Putinlə görüşdən sonra Paşinyan Rusiya hökuməti ilə kifayət qədər intensiv əlaqə saxlayacaq.

“Məhz orada bütöv sənədlər paketi imzalanacaq” – deyə Peskov bildirib.

Daha çox göstər
Back to top button