
Ukrayna böhranı Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinə potensial təhlükə yaradır, çünki əsas diqqət Ukrayna ətrafında baş verən hadisələrə yönəlib. Bunu NEWS.am-a müsahibəsində Rusiya Xarici Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.
Onun fikrincə, bu vəziyyət digər oyunçular tərəfindən Moskvanı bu regiondan çıxartmaq üçün fürsətdir.
“Gələcək hərbi qarşıdurmanın nəticəsindən, Rusiya ilə Ukrayna arasında danışıqların nəticəsindən, tərəflərin Rusiya Federasiyası ilə Qərb arasında münasibətlərdə müəyyən stabilləşməyə nail olmaq və ya bacarmamasından asılı olacaq. Ən yaxşı halda münasibətlər bərpa olunarsa, Cənubi Qafqaz Rusiya ilə Qərbin, ümumiyyətlə, Şərqlə Qərbin geosiyasi rəqabət platformasına çevrilməyəcək”.
Onun sözlərinə görə, ən pis ssenari baş verərsə, Ukrayna münaqişəsi yeni ikiqütblü dünyaya keçidin katalizatoruna çevriləcək və Cənubi Qafqazda vəziyyət daha da mürəkkəbləşəcək.
“Onlar Şərqlə Qərb, Avropa və Avrasiya arasında seçim etməli olacaqlar və təbii ki, hər hansı seçim olsa, nəyisə itirəcəklər. Ümid etmək istərdim ki, onlar belə seçim qarşısında qalmayacaqlar, lakin bu barədə əminliklə danışmaq hələ tezdir”.
O qeyd edib ki, Ermənistan indi rahat vəziyyətdədir, bir tərəfdən AİB üzvüdür, digər tərəfdən Aİ ilə çoxtərəfli əlaqələri var. “Ermənistan buna misaldır ki, ölkənin ümumiyyətlə Şərqlə Qərb arasında seçim etməsinə ehtiyac yoxdur, ölkə iki platformada, iki istiqamətdə işləyə bilər”.







