
Moskvada rəsmi səfərdə olan ER Baş naziri Nikol Paşinyan bu gün Naməlum Əsgər abidəsini ziyarət edib, Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsini ehtiramla yad edib.
Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasında iki günlük rəsmi səfərdədir.
Baş nazir aprelin 20-də Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşəcək. Baş nazirin Nijni Novqoroda da səfəri planlaşdırılır.










