BaşlıcaSiyasət

Paşinyan və Matvienko parlamentlərarası əlaqələrinin vacibliyini vurğulayıb

Parlamentlərarası səviyyədə Ermənistanla Rusiya arasında əməkdaşlıq kifayət qədər uğurludur. “Armenpress”in məlumatına görə, bunu Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matvienko Rusiyada rəsmi səfərdə olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşündə deyib. O, parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə Nikol Paşinyana təşəkkür edib.

Valentina Matvienko ikitərəfli əməkdaşlıqla yanaşı, MDB Parlamentlərarası Assambleyasında səmərəli işi vurğulayıb, Ermənistan parlamentinin deputatlarına təşəkkür edib. O, ER Parlamentinin sədri Alen Simonyanla dostluq əlaqələrinin qurulduğunu qeyd edib.

Nikol Paşinyan qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlər 30 il ərzində dinamik inkişaf edib və bu gün görülən işləri təhlil etmək üçün yaxşı fürsətdir.

“Bu müddət ərzində dramatik hadisələr baş verdi, biz hər şeyi təhlil etməliyik, qeyd etdiyimiz nəticələri harada əldə etdiyimizi görməliyik və bu kontekstdə gələcək fəaliyyətimizi, birgə proqramlarımızı planlaşdırmalıyıq. Hesab edirəm ki, parlamentlərarası əlaqələr həmin proseslərdə əsas rol oynayır” – deyə Nikol Paşinyan bildirib.

ER baş naziri qeyd edib ki, Aİİ, MDB və KTMT çərçivəsində rusiyalı tərəfdaşlarla səmərəli əməkdaşlıq qurulub. Onun sözlərinə görə, hətta uğurlu formatlarda belə, xüsusilə yeni çağırışlar yarananda işi necə daha səmərəli təşkil etmək barədə düşünmək lazımdır.

Daha çox göstər
Back to top button