BaşlıcaSiyasət

Paşinyan və Putin Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər

Rusiya prezidenti Putin və Ermənistanın Baş naziri Paşinyan ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər.

Moskva və Yerevan “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri və üç liderin 9 noyabr 2020-ci il, 11 yanvar tarixli razılaşmalarının icrası çərçivəsində konstruktiv işi davam etdirmək barədə razılığa gəliblər”,- bu barədə tərəflərin aprelin 19-da Moskvada keçirilən görüşünün yekunlarına dair bəyanatında deyilir.

Tərəflər “Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar.

Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər”, – deyə sənəddə qeyd olunub.

Daha çox göstər
Back to top button