BaşlıcaSiyasət

Putinlə görüşdə Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin daha səmərəli olmasının mümkünlüyünü dilə gətirib

Rusiya Ermənistanın strateji tərəfdaşıdır, iki ölkə Avrasiya İqtisadi İttifaqında, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səmərəli əməkdaşlıq edir.

Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə qeyd edib.

“Dediyiniz kimi, bu səfərin təkcə praktiki deyil, həm də simvolik əhəmiyyəti var, çünki ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub, bu, ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu göstərir.

Ümid edirəm ki, bu səfər nəticəsində dinamika nəinki davam edəcək, həm də daha effektli olacaqdır.Biz həqiqətən daimi təmasdayıq, çox tez-tez görüşürük, hər zaman telefon danışıqlarımız olur, çünki ikitərəfli münasibətlərimizin gündəliyi belədir.

İqtisadiyyatdan tutmuş, mədəniyyət, təhsil, hərbi-texniki əməkdaşlığa qədər çox dolğun, praktiki olaraq bütün sahələrdə belədir.

 “Rusiya Ermənistanın strateji tərəfdaşıdır, biz Avrasiya İqtisadi İttifaqı, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səmərəli əməkdaşlıq edirik.

Heç kimə sirr deyil ki, regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsində Rusiyanın əsas rolu var” – deyərək Paşinyan bildirib.

Baş nazir 2020-ci ildə Dağlıq Qarabağda atəşkəs və atəşkəsin yaradılmasında Vladimir Putinin əsas rolunu vurğulayıb.

“Bundan sonra rus sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətə başlayıblar. Vurğulamaq lazımdır ki, ümumilikdə, təbii ki, Rusiya sülhməramlılarının fəaliyyəti təhlükəsizliyi təmin edir.

 Və təbii ki, bizim regionda əsas siyasi məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir, ümid edirəm ki, bu gün də məhz bu barədə danışacağıq” – deyərək Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, onun səfərinin çox dolğun gündəliyi var və onların əksəriyyəti bu danışıqlarla bağlıdır.

“Əminəm ki, biz səmərəli danışıqlar apara biləcəyik, təşəkkür edirəm, sizi görməyə çox şadam” – deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button