BaşlıcaSiyasət

Rusiya prezidenti Nikol Paşinyanın Ermənistana səfər təklifini qəbul edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistana səfər təklifini qəbul edib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra yayılan birgə bəyanatda deyilir.

Nikol Paşinyan Putini 2022-ci ilin ikinci yarısında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti ilə əlaqədar Yerevana səfərə dəvət edib.

Rusiya lideri bu təklifə müsbət cavab verib.

Daha çox göstər
Back to top button