
İran istiqamətində “Şimal-Cənub” dəhlizinin əhəmiyyəti arta bilər. Bunu “Sputnik Armenia”-ya müsahibəsində Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnyev bildirdi.
O xatırladıb ki, “Şimal-Cənub” yol dəhlizi Ermənistan ərazisindən keçməklə İran istiqamətində genişlənir.
Hüquqi infrastruktura gəlincə, Avrasiya İqtisadi Birliyi ilə İran arasında azad ticarət sazişi artıq qüvvədədir. Təkcə ötən il İranın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarəti 70 faiz, Aİİ ölkələrindən ixrac isə 107 faiz artıb.
Qeyd edək ki, ticarət əsasən Rusiya-İran münasibətləri hesabına artıb.
“Bundan başqa, biz Hindistanla ticarət prosedurlarının sadələşdirilməsini müzakirə etməyə davam edirik. Biz İndoneziya, Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə də analoji danışıqlar aparırıq”,- deyə Slepnyev vurğuladı.







