
Azərbaycan mətbuatı Laçın dəhlizindən yan keçən “yeni yol”un fotolarını yayıb.
Azərbaycan KİV-in məlumatına görə, yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2×2,5 (5 m) metr təşkil edəcək.
Xatırladaq ki, yeni yolun tikintisi 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndində ənzərdə tutulur, xüsusən də deyilir: “Tərəflərin razılığı ilə Laçın dəhlizi boyunca yeni marşrutun tikintisi planı yaxın 3 ildə müəyyən ediləcək, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin etməklə, həmin marşrutun qorunması üçün Rusiya sülhməramlı qüvvələrinin gələcək yerləşdirilməsi təmin ediləcək”.
Azərbaycan yenə də bəyanatın bu müddəasını yerinə yetirməyib, bunu heç bir “razılaşma” olmadan həyata keçirəcəyinə qərar verib.







