BaşlıcaİctimaiyyətSiyasət

Ermənistanın təhsil, elm, mədəniyyət naziri Rusiya mədəniyyət naziri ilə görüşüb

Ermənistan Respublikasının hökumət nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 19-da Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.

Görüşdə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini, dövlət katibi Alla Manilova da iştirak edib.

Vahram Dumanyan iki ölkə arasında mədəni dialoqu inkişaf etdirməyə, mədəni əlaqələri təşviq etməyə, birgə mədəniyyət proqramlarını həyata keçirməyə hazır olduğunu bildirib.

Nazir Olqa Lyubimova erməni ifaçıların Rusiyada çıxış etməsi və xüsusən də, Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində təşkil olunan tədbirlərdə iştirakına əhəmiyyət verib.

Görüş zamanı 2022-ci ilda planlaşdırılan “Rusiyada Erməni Mədəniyyəti Günləri” tədbiri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Dumanyan iki dost dövlət arasında mədəni əməkdaşlığın genişləndirilməsini və bununla bağlı yeni sənədlərin imzalanmasını vacib sayıb.

Görüşün sonunda nazir Vahram Dumanyan nazir Olqa Lyubimovanı Ermənistana səfərə dəvət edib.

Daha çox göstər
Back to top button