BaşlıcaSiyasət

Matvienko: “RF və ER  parlamentlərarası səviyyədə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirir”

Parlamentlərarası səviyyədə Ermənistanla Rusiya arasında əməkdaşlıq kifayət qədər uğurludur. Bu haqda Rusiya Federal Şurasının sədri Valentina Matvienko Rusiyada rəsmi səfərdə olan ER Baş naziri Nikol Paşinyanla görüşündə  qeyd edib.

O, parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə Nikol Paşinyana təşəkkür edib.

“Parlamentlərarası komissiya öz işini uğurla yerinə yetirir. Rusiya tərəfdən komissiyaya öz işini çox məsuliyyətlə yerinə yetirən Federasiya Şurasının sədr müavini Yuri Vorobyov rəhbərlik edir.

Sabah onlar Yerevana  yola düşəcəklər  komissiyanın 34-cü iclasını keçirsinlər”- deyə o bildirib.

Valentina Matvienko ikitərəfli əməkdaşlıqla yanaşı, MDB Parlamentlərarası Assambleyasında səmərəli işi vurğuladı, Ermənistan parlamentinin deputatlarına təşəkkür etdi.

Valentina Matvienko eləcə ER parlamentiniun sədri Alen Simonyanla dostluq əlaqələrinin qurulduğunu qeyd edib.

Daha çox göstər
Back to top button