
Rusiya Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının blokunun açılmasına dair əldə etdiyi razılaşmalara xüsusi diqqət yetirir.
Bu haqda RF Baş naziri Mixail Mişustin ER Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Mən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafını təmin edəcək, Cənubi Qafqazın bütün ölkələrinin mənafeyi naminə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Rusiya bundan sonra da regiona Ermənistana humanitar yardım göstərməyi davam edəcəkdir”- deyə o bildirib.
Mişustinin sözlərinə görə, Dağlıq Qarabağda Rusiya Çevik Reaksiya Mərkəzinin işi sayəsində sakinlərin daimi yaşayış yerlərinə qayıtması, eləcə də infrastrukturun bərpası üçün şərait yaradılır.







