BaşlıcaSiyasət

Dövlət Dumasının üzvü:  “Rusiya Ermənistana tam həcmdə və cüzi qiymətə çörək və yağ verməyə hazırdır”

Rusiya Ermənistana tam həcmdə və  cüzi qiymətə çörək və yağ verməyə hazırdır. Bunu Dövlət Dumasının deputatı Oleq Nilov İrəvanda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya maksimum təkliflərlə çıxış edəcək, başqa məsələ Ermənistanın öz maraqlarını nə dərəcədə tam reallaşdıra biləcəyidir.

Deputat əlavə edib ki, “təmaslarımızı nə qədər sıx inkişaf etdirəcəyimizə Ermənistan hökuməti, xalqı qərar verəcək”.

Oleq Nilov əmindir ki, Ermənistan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının istehsalını inkişaf etdirməyə qadirdir. Siyasətçinin fikrincə, Rusiya Ermənistanı həm çörək, həm də yağla tam və minimum qiymətlərlə təmin edəcəkdir.

Xatırladaq ki, Rusiya parlamentinin bir qrup deputatı RF Federal Məclisi ilə ER parlamenti arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 34-cü iclasında iştirak etmək üçün Ermənistana gəlib.

Daha çox göstər
Back to top button