“Rosaviatsia” daşıyıcılara GPS sisteminin mümkün bağlanmasına hazırlaşmağı tövsiyə edib

Rosaviatsia daşıyıcılara GPS sisteminin mümkün bağlanmasına hazırlaşmağı tövsiyə edib. Məlumatı “İzvestiya” qəzeti yayıb.
“Rosaviasiya”nın rəhbərinin müavini Dmitri Yadrov “Dövlət Aerokosmik Korporasiyası”nın baş direktoru İqor Moiseenkoya və agentliyin regionlararası ərazi departamentlərinin rəhbərlərinə belə göstərişlərlə məktub göndərib” – deyə məlumatda qeyd olunur.
Vurğulanır ki, “Rosaviasiya” dövlət korporasiyasına GPS-in bağlanması zamanı təyyarənin ekipajına yardım göstərməyi tapşırıb. Pilotlar “GPS nasazlıqları” barədə dərhal hava hərəkəti dispetçerlərinə məlumat verməlidirlər.
Daşıyıcılar GPS siqnalizasiyası və bortda nasazlıqlarla bağlı riskləri və məhdudiyyətləri qiymətləndirməli və peyk naviqasiyasında nasazlıqlar baş verdikdə tədbirlər hazırlamaq üçün uçuş heyətləri ilə əlavə təlim keçirməlidirlər.
“Pilotlara ənənəvi naviqasiya vasitələrinin köməyi ilə bir sıra ərazilərin bilavasitə yaxınlığında uçarkən təyyarənin mövqeyinə nəzarət etmək, reysin enişi üçün həlledici əhəmiyyət kəsb edən radiotexnika vasitələrinin mövcudluğunu yoxlamaq tövsiyə olunur”- deyə qəzet yazır.







