BaşlıcaSiyasət

Amerikadakı Erməni Assambleyası ABŞ-ın ER və Artsaxı dəstəkləməyə hazır ol olmasını bir daha təsdiq edib

Amerikadakı Erməni Assambleyası  aprelin 22-də Birləşmiş Ştatlaın Nümayəndələr Palatasının Təxsisatlar, xarici işlər və əlaqəli proqramların komitəsinə təqdim etdiyi məktubda Artsaxa 50 milyon dollar, Ermənistana 100 milyon dollar humanitar yardım verilməsi və Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan paketini dəstəklədiyini bir daha təsdiq edib. Bu barədə Amerikadakı Erməni Assambleyası məlumat yayıb.

Mənbəyə görə, Assambleya aydın şəkildə açıqlayıb ki, “növbəti soyqırım təhlükəsi, eləcə də müharibə nəticəsində irəli gələn humanitar böhran”dan dərin narahatdır və bəyan edib ki, “ABŞ Artsax xalqı müdafiə etmək üçün daha çox şey edə bilər və etməlidir”.

Assambleya Konqres ilə əlaqələr üzrə direktoru Mariam Xaloyan “Artsax xalqı məhv etmək nümunəsi və cəhdini” vurğulayıb və xatırladıb ki, “keçən ayın əvvəlində sərt qış ortasında Azərbaycan Artsax paytaxtı Stepanakrtin qaz təchizatını qəsdən dayandırıb”.

Assambleya məktubda həm də Konqresi  və ATƏT Minsk Qrupunun amerikalı həmsədrini “demokratiyanın əsas prinsiplərini, öz müqəddəratını təyin etmə hüququnu və Artsax xalqının ümumi insan hüquqlarını” qorumağa çağırıb qeyd edərək ki, “Birləşmiş Ştatlar Ərdoğan və Əlieev diktatorlarını dəstəkləyərək demokratiya və insan hüquqları barədə bir-birinə zidd bəyanatlar edə bilməz”.

Assambleya ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb.

Daha çox göstər
Back to top button