BaşlıcaSiyasət

Ararat Mirzoyan Hindistana səfər edəcək

Aprelin 25-27-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Hindistanda işgüzar səfərdə olacaq. Hindistanın paytaxtı Yeni Dehlidə Ararat Mirzoyan “Raisina Dialogue»” konfransında iştirak edəcək.

Hindistanın baş naziri Narendra Modi konfransda iştirak edən xarici işlər nazirləri qəbul edəcək. Bu barədə ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirdi.

Ermənistan və Hindistan xarici işlər nazirlərinin görüşü də baş tutacaq. Səfər çərçivəsində Ermənistan-Hindistan biznes forumu keçiriləcək.

Daha çox göstər
Back to top button