BaşlıcaSiyasət

Uruqvay xarici işlər naziri Çavuşoğlunun ermənilərə qarşı millətçi jestini pisləyib

Uruqvay xarici işlər naziri Fransisko Bustillo Türkiyənin xarici işlər naziri M. Çavuşoğlunun Montevideoda ermənilərə qarşı millətçi jestini pisləyib. “Armenpress” xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Fransisko Bustillo Erməni Soyqırımının ildönümünə həsr olunmuş tədbirdə bildirmişdir ki, Uruqvay xatirəsini hörmət edən, sülh isətəyən və gələcəyə çalışan bir ölkədir.

“Ölkəmiz qarşıdurma halında barışığa üstünlük verir. Biz qarşılıqlı anlaşmanı, tolerantlığı təbliğ edirik və ümid edirik ki, bu sülh və tolerantlıq diyarına gələnlər də bunu edəcəklər. Fiziki və ya mənəvi zorakılığı nəzərdə tutan hər hansı təhqiredici davranışı və ya jesti pisləyirik”- deyə Bustillo Çavuşoğlunun millətçi jestinə toxunaraq qeyd edib.

Daha çox göstər
Back to top button