BaşlıcaEkonomika

Dennis Qonçar: “Rusiya Ermənistan üçün güzəştli qaz qiymətlərini saxlayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı Ermənistan üçün güzəştli qaz qiymətlərinin saxlanılması barədə razılıq əldə olunub.

Bu barədə Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.

“ER Baş nazirinin səfəri çərçivəsində enerji sahəsində əməkdaşlığa dair sənədlər paketi imzalanıb. Artıq Rusiya-Ermənistanın müvafiq idarələri sazişlərin icrasına başlayıblar.

Biz qazın güzəştli qiymətini  erməni dostlar üçün saxlamağa razılaşdıq”-  deyərək Qonçar bildirib.

Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktorunun sözlərinə görə, “Qazprom Armenia” ölkənin “mavi yanacağa” tələbatının 80%-ni ödəyir.

“Qazprom”un iqtisadiyyatına investisiyaların həcmi 800 milyon dolları ötür” –  deyərək Qonçar əlavə edib.

Daha çox göstər
Back to top button