BaşlıcaSiyasət

ER Baş naziri Emmanuel Makronu təbrik edib: “Ermənistan bütün ümumi çətinliklərin öhdəsindən gəlməkdə Sizin və dost Fransanın yanında olacaq”

Baş nazir Nikol Paşinyan Emanuel Makrona, Fransada keçirilən Prezident seçkilərində qələbəsi və yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.

ER hökumətindən alınan məlumata görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, dəyərli Emanuel!

Fransa prezident seçkilərində inamlı qələbəniz və yenidən Fransa Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fransa xalqının Prezident vəzifəsində etimad səsverməsi seçdiyiniz siyasi kursun uğurunu təsdiqləyən ötən illərdəki böyük fəaliyyətinizə verilən ən yüksək qiymətli nailiyyətinizdir.

Fransa Respublikasının yüksək vəzifəsində müdrik siyasətinizi davam etdirmək, fransız xalqını yeni nailiyyətlərə çatdırmaq üçün növbəti 5  ildə Sizə güc və dözüm arzulayıram.

İnanın ki,  Ermənistan Respublikası  Sizin və dost Fransanın yanında bütün çətinliklərə birgə üstün gəlmək naminə yanaşı olacaqdır.

Əminəm ki, növbəti beş ildə yenidən Prezident seçilməyiniz, Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərə yeni təkan verəcək, birgə razılaşdırılmış birgə proqramlarımızı, o cümlədən ikitərəfli iqtisadi əlaqələrin intensivləşdirilməsinə yönəlmiş səyləri uğurla davam etdirmək imkanı verəcək.

Ermənistan, regionumuzda uzunmüddətli sülhün bərqərar olunmasında ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirir və rəhbərliyinizin ikinci beşillik müddətində də davam edəcəyinə ümid edir.

Sizinlə yaxın gələcəkdə Yerevanda görüşməyi səbirsizliklə gözləyirəm, inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edir və sizə uğurlar arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Daha çox göstər
Back to top button