BaşlıcaSiyasət

Ermənistan və Hindistan XİN başçıları regional və beynəlxalq təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər

Raisina Dialogue konfransında iştirak etmək üçün Yeni Dehlidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 25-də Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə görüşüb.

Mirzoyan və Cayşankar iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. Ararat Mirzoyan vurğulayıb ki, Hindistanla əlaqələrin möhkəmləndirilməsi Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Tərəflər 2021-ci ilin payızında Hindistan xarici işlər nazirinin Ermənistana səfəri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesini müzakirə etdilər.

İnformasiya texnologiyaları, aviasiya, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərinə toxunulub.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik və sabitliklə bağlı məsələləri də müzakirə etdilər.

Ermənistan tərəfi Cənubi Qafqaz regionundakı vəziyyəti və Ermənistanın regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərə, Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara dair mövqeyini təqdim edib.

Nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Hindistanı mövqeyinə görə təşəkkür etdi. Sülh prosesinin irəliləyişində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolu vurğulanıb.

Daha çox göstər
Back to top button