
Fransada 26-cı Prezident seçkilərinin ikinci turunda Emanuel Makron qalib gəlib. Makronun rəqibi millətçi Marin Le Pen 42,4 faiz, hazırkı Prezident Emanuel Makron isə 57,6 faiz səs toplayıb.
Analitiklərin fikrincə, Makronun hakimiyyətdə olduğu 5 il ərzində Ermənistan-Fransa dostluğu yeni, daha yüksək mərhələyə çatıb. “Radiolur” ikitərəfli münasibətlərin Makron 5 ilinə yekun vurub, diqqətçəkən epizodları qeyd edib.
“Mən Ermənistanda olduğum üçün çox xoşbəxtəm”, “Armeniya sözü fransızların qəlbində çox incə və təsirli duyğular oyadır” ․․․ Fransanın 26-cı Prezidenti Emanuel Makron müxtəlif məqamlarda Ermənistan haqqında danışarkən bu tərzlə ifadə edib.

Bazar günü, aprelin 24-də o, ardıcıllıqla ikinci dəfə Fransa Prezidenti seçildi.
Fransanın beşinci respublikasının tarixində cəmi 3 Prezident ikinci müddətə yenidən seçilib. Makron 2017-ci ildən Prezidentdir.İlk seçkidə eyni rəqibini ikinci turda məğlub edib.
Politoloq Vahe Poqosyan qeyd edir ki, Makronun əvvəlki 5 ili ərzində Ermənistan-Fransa dostluğu yeni, daha yüksək səviyyəyə qaldırılıb.

Onun sözlərinə görə, Makronun yenidən Prezident seçilməsi indiki məqamda Ermənistan-Fransa münasibətlərində baş verə biləcək ən yaxşı şey olub.
“Qeyd etməliyəm ki, Fransa Respublikası həmişə Ermənistan Respublikası və ya Ermənistanın xarici siyasətinin, xüsusən də AB çərçivəsində xarici siyasətinin mühüm istiqamətlərindən biri olub.
Ermənistan-Fransa münasibətləri sayyəsində çox vaxt “qırışlara” üstün gəlinib hansılar ki, ER və Avropa Birliyi arasında yaranmışdır”- deyərək Vahe Poğosyan qeyd edib.

2022-ci ildə Ermənistan və Fransa diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Parisdə “Ambisiyalar. Ermənistan-Fransa” konfransı zamanı Rusiya-Ukrayna müharibəsindən danışan Makron 2020-ci ildə 44 günlük müharibəyə də toxunub:
“”Ayıq olmaq lazımdır. Bu vəziyyətdə 2020-ci ilin payızını da unutmaq olmaz. “Burada da hər şey həll olunmayıb, görüləsi çox iş var” – deyərək Makron bildirib.
Makron dəfələrlə regional sülhün vacib olduğunu, bu məsələdə mümkün rol oynamağa hazır olduğunu vurğulayıb. “Məhz bu ruhda Fransa Dağlıq Qarabağdakı qanlı müharibədən sonra üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün Ermənistanın yanındadır”.
Politoloq Vahe Poqosyan qeyd edir ki, Fransa ATƏT-in Minsk “Qrupunun həmsədri olmaqla Ermənistan üçün əsas rola malikdir. Poqosyan 2020-ci ildə Makronu vurğulayır 44 günlük müharibə zamanı o, dəfələrlə erməpərəst bəyanatlarla çıxış edibgözəçarpan
“44 günlük müharibə zamanı Fransa tərəfinin reaksiyalarına, xüsusilə Azərbaycan tərəfi ucbatından təsdiqini tapmayan atəşkəs cəhdlərinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyindən baxmaq lazımdır.
Fransa da bir sıra ermənipərəst bəyanatlarıçün tənqid olunub.

“Bu kontekstdə Azərbaycan prezidenti Emanuel Makronu şəxsən tənqid etdi, onun bəyanatlarında onun ermənipərəst mövqeyi vurğulandı.
Makron təkcə Ermənistana olan sevgisi ilə deyil, həm də sosial şəbəkələrdə erməni mediasında həyəcana səbəb olan erməni yazıları ilə seçilib” – deyərək Vahe Poqosyan qeyd edib.
“Təbii ki, bunun xüsusi əhəmiyyəti var, çünki bununla Fransa Prezidenti öz fransız xalqının sevgisini və dostluğunutəzahür edir”.
Makronun vəzifəyə başlamasından bir ildən az vaxt keçməmiş fransız-erməni şansonnier Şarl Aznavur 2018-ci ilin oktyabrında vəfat edib. Bu münasibətlə Makron başsağlığı mesajında vurğulayıb.
“Aznavur Ermənistanın oğlu, dostu, səfiri idi. Onun sayəsində Ermənistan Fransaya çox şey verib”.
Makronun təmsil etdiyi Fransa da 2020-ci ildə koronavirusun yayılması zamanı Ermənistanın yanında olub. Emanuel Makron yazıb:
“Ermənilər saysız-hesabsız bəlalara müqvimət göstərir. Həmrəylik və dostluq hissi ilə deyirəm ki, Fransa hər zaman sizin yanınızda olacaq. Biz infeksiyaya birlikdə qalib gələcəyik” – deyərək Emanuel Makron qeyd edib.
Politoloq Vahe Poqosyan deyir ki, Emanuel Makron yenidən Prezident seçildikdən sonra erməni-fransa dostluğunda yeni və daha isəmimi səhifə açılmalıdır.
Nikol Paşinyan Emanuel Makronu yenidən Prezident seçilməsi münasibətilə də təbrik edib. Mesajı yekunlaşdıran ER-nın Baş naziri Makronu Yerevana dəvət edib.







