BaşlıcaSiyasət

Ararat Mirzoyan “Raisina Dialogue” xkonfrasda iştirak etdi

Aprelin 26-da Hindistanda işgüzar səfərdə olan Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan “Raisina Dialogue”nda məruzəçi kimi iştirak edib.

Panel müzakirəsinin iştirakçıları sülhün və təhlükəsizliyin qorunub saxlanması, çoxtərəfli diplomatiya sistemi, onun üstünlükləri və çağırışları barədə ətraflı fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan çıxışında qeyd etdi ki, Ermənistan beynəlxalq təşkilatların səmərəli fəaliyyətinə böyük önəm verir.

Xarici işlər naziri təəssüflə qeyd edib ki, BMT-nin mövcud olduğu yetmiş il ərzində dünya çox müharibə və fəlakətlərin şahidi olub.

Müzakirə zamanı Ararat Mirzoyan Dağlıq Qarabağa qarşı Azərbaycanın təcavüzünü və Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti çoxtərəfli diplomatiyanın qarşısında duran digər ciddi çağırış kimi qeyd edib.

“Ermənistan Respublikasının Xarici İşlər Naziri, sadəcə olaraq bir erməni kimi iştirakçılara iki il əvvəl regionumuzda, Dağlıq Qarabağda baş vermiş müharibəni xatırlatmaq istərdim”,- deyə Ararat Mirzoyan vurğuladı.

Daha çox göstər
Back to top button