
Məşhur “Irdiplomacy” analitik saytı iranlı politoloq, Avrasiya Araşdırmalar Mərkəzinin (İRAS) Avrasiya məsələləri üzrə eksperti Şuaib Baxmandan Azərbaycan və Türkiyənin anti-İran siyasəti ilə bağlı müsahibə alıb.
Şuşidə “Dünya Azərbaycanlıları Konqresi”nin keçirilməsi və bu tədbirdə anti-İran ünsürlərinin iştirakı ilə bağlı sualı cavablandıran Baxman qeyd edib ki, Azərbaycan heç vaxt anti-İran mövqeyindən imtina etməyib. O vurğulayıb ki, bu proses İran mədəniyyəti və dilinə qarşı çıxmaqdan başlayır və tarixin təhrif edilməsinə və xarici siyasət xəttinə anti-İran xəttinin daxil edilməsinə qədər gəlib çatır.
“Bu alçaldıcı, təhqiredici və anti-İran yanaşma Azərbaycanda son illər xüsusilə güclənib”,-ekspert qeyd edərək əlavə etdi ki, Bakının anti-İran siyasəti taktiki addım deyil, təkcə Azərbaycanla bağlı olmayan strateji prosesdir.
Onun sözlərinə görə, Azərbaycan bu prosesi dayandıra bilməyəcək, çünki hər şey əvvəlcədən planlaşdırılmışdır və bu prosesdə Türkiyə, Böyük Britaniya və İsrail iştirak edir.
Ekspert vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın işğal etdiyi ərazilər anti-İran hərəkətləri və İranın təhlükəsizliyinə təhdidlər platformasına çevriləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
O əlavə edib ki, söhbət təkcə “Azərbaycanlılar Konqresi”ndən getmir, həm də Azərbaycanın işğal etdiyi ərazilər İrana qarşı kəşfiyyat və terror əməliyyatları üçün İsrail tramplininə çevrilib.
Ekspert vurğulayıb ki, Rusiya Ukraynadakı müharibədən asanlıqla çıxa bilməsə, o zaman onun Cənubi Qafqaza diqqəti zəifləyəcək və bu, Azərbaycan və Türkiyə üçün Qarabağdakı planlarını reallaşdırmaq üçün unikal imkan yaradacaq.







