BaşlıcaSiyasət

Ararat Mirzoyan ER, RF və Azərbaycan XİN başçılarının görüşünə razılığını bildirib

Aprelin 29-da ER xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə apardığı telefon danışığı zamanı Rusiya tərəfinin MDB Xİ Nazirləri Şurasının mayın 13-də Düşənbədə keçiriləcək iclası çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi təklifi ilə razılaşıb.

Həmsöhbətlər ER baş nazirinin Rusiyaya rəsmi səfərinin nəticələrindən məmnun olduqlarını bildiriblər, tərəflərin ER baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putinin aprelin 19-da birgə bəyanatının müddəalarına sadiqliyini bir daha təsdiqləyiblər.

Xarici işlər nazirləri 9 noybr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda götürülmüş öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə edib, Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın yaradılmasına toxunub.

Ararat Mirzoyan Ermənistanın regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərə, Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara dair mövqeyini bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button