
Ermənistan-Rusiya 30 illik müttəfiq əməkdaşlığı zamanı 200-dən çox müqavilə və saziş imzalanıb. Sonunucu isə 10 gün əvvəl birgə qəbul edlmiş bəyanat oldu. Erməni ekspertlər 30 bəndlik sənəddən xüsusilə 24-cü bəndi vurğulayır. Orada nəinki Dağlıq Qarabağ adı qeyd edilir, həm də Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı vurğulanır.
“Orbeli” İnformasiya-Analitik Mərkəzinin eksperti Taron Hovhannisyan qeyd edir ki, bu, həm də Qarabağ probleminin olmadığını, münaqişənin artıq həll olunduğunu deməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan Azərbaycan prezidenti Əliyevə cavabdır.
“Müharibədən sonra Azərbaycan iddia etməyə çalışır ki, heç bir münaqişə yoxdur, Dağlıq Qarabağ termini yoxdur, çünki guya Azərbaycan həmin inzibati-ərazi vahidini ləğv edib. Onların bu bəyanatlarının heç bir əsası yoxdur və Azərbaycan tərəfinin istəklərini ifadə edir”- deyə o qeyd edib.
30 bənddən ibarət geniş bəyanatda Paşinyan və Putin Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunun aktivləşdirilməsinin vacibliyini də vurğulayıblar. Bildirilir ki, Rusiya tərəfi Ermənistanın dəmir yolu infrastrukturunun, o cümlədən Syunik və digər rayonların dəmir yolunun bərpası layihələrində iştirak etməyə hazırdır. Bu, birgə bəyanatın 25-ci bəndidir.
“RF Ermənistanın cənubunda, xüsusən də Syunikin cənubunda 45 km-lik hissədə dəmir yolunun tikintisinə cəlb edilməlidir. O, Naxicevan Muxtar Respublikasını, belə demək mümkünsə, Artsaxın hazırda Azərbaycanın nəzarətində olan işğal olunmuş rayonları ilə birləşdirməlidir. Və kommunikasiyalar açılmalıdır. Burada Rusiyanın iştirakı vacibdir, çünki Cənubi Qafqaz dəmir yolları buradakı Rusiya dəmir yollarının bir hissəsidir. Bəyanatın bu məqamlarını kifayət qədər müsbət irəliləyiş hesab edirəm”.
Ekspert Coni Melikyan da Moskva səfərini və birgə bəyanatı müsbət qiymətləndirir. O hesab edir ki, bu, təhlükəsizlik məsələlərini həll etmək, riskləri minimuma endirmək üçün bir fürsətdir.
Politoloq Hakob Badalyan bəyanatı balanslı hesab edir.
Ekspert Artak Xaçatryan Ermənistan-Rusiya birgə bəyanatına əhəmiyyət verir və onun həyata keçirilməsinin vacibliyini vurğulayır.
“Moskva səfərinin Brüssel səfərindən sonra olması təsadüfi deyil. Hər iki halda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib”.







