BaşlıcaEkonomika

ER  Xİ  naziri erməni iş adamlarından ibarət nümayəndə heyəti ilə birlikdə Hindistanın ən böyük limanına – Mumbaya səfər edib

Aprelin 27-də Hindistanda işgüzar səfərdə olan Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistandan olan iş adamları ilə birlikdə Hindistanın maliyyə mərkəzi Mumbayda olub.

Ararat Mirzoyan Mumbayda Ermənistan Respublikasının Çennai şəhərindəki fəxri konsulluğu nəzdində erməni ticarət  idarəsini  açıb.

Həmin gün ER Xarici işlər naziri erməni iş adamlarından ibarət nümayəndə heyəti ilə birlikdə Hindistanın ən böyük limanı Mumbayda olub, qeyd edək ki, buradan ölkənin dəniz yüklərinin yarıdan çoxu keçib.

Ermənistan nümayəndə heyəti Mumbay limanını gəzib, liman operatoru-menecer PSA Mumbai şirkətinin baş qərargahında qəbul olunub, burada limanın tarixi, iş təfərrüatları, müxtəlif istiqamətlər üzrə yükdaşıma imkanları, dünyanın müxtəlif mərkəzləri ilə əlaqələri barədə təqdimat keçirilib. .

Təqdimat zamanı tərəflər Mumbay limanından Ermənistana yükdaşımaların imkanları və texniki detalları barədə fikir mübadiləsi aparıblar.

Həmin gün Mumbayda erməni-hindi iş adamlarının (B2B) görüşləri olub.

Daha çox göstər
Back to top button